Məktəb daxilində hazırlığa icazə verilməyəcək

11 Sentyabr 2020 17:54 (UTC+04:00)

Məktəb daxilində hazırlıq keçirilməsinə icazə verilməyəcək. Məqsəd epidemioloji vəziyyəti nəzərdə saxlamaqdır. Çünki əlavə şagird gəlməsi sıxlığa səbəb ola bilər.

Mövqe.az Report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, valideynlər övladları üçün əlavə müəllim tutmaq istəyirsə bu, onların şəxsi işidir: “Amma bunu məktəb daxilində etmək qəbuledilməzdir”.