Bu gün bəzi saytlarda tanınmış müğənni, "Şeron" qrupunun tanınmış siması Ülvi Cəfərovun Akademik Musiqili Teatrında direktor müavini vəzifəsinə təyin olunmağı barədə xəbərlər yayılıb.
Ülvi Cəfərov Kult.az-a açıqlamasında məlumatın yalan olduğunu söyləyib.
"Mənim vəzifəyə təyin olunmağım şayədi, həqiqətə uyğun deyil. Mən hazırda Gənc Tamaşaçılar Teatrında işləyirəm".