Bu ölkədə koronanın ikinci dalğası başladı

13 Sentyabr 2020 16:38 (UTC+04:00)

Avstriyada koronavirus pandemiyasının ikinci dalğası başlamaq üzrədir.

Axar.az xəbər verir ki, bunu Avstriya kansleri Sebastyan Kurts deyib.

“Hazırda ölkədə baş verənlər koronavirusun ikinci dalğasının əlamətləridir. Koronavirusun yoluxanların sayı günü-gündən artır. Ən kəskin vəziyyət isə paytaxt Venadadır. Ölkədə virusa yoluxmuşların yarısı burada cəmləşib. Yaxın günlərdə sutka ərzindəki yoluxma sayı min nəfəri keçəcəyindən ehtiyyat edirik. Görünən odur ki, bizi çox çətin qış ayları gözləyir”, - Avstriya kansleri bildirib.