Gərmətük qəsəbəsində boğulan yeniyetmənin şəxsiyyəti müəyyən olunub.
"Report"un Cənub Mərkəzi xəbər verir ki, yeniyetmə Kərgəlan kənd sakini 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğludur.
Belə ki, yeniyetmə dostu ilə birlikdə çayda çimərkən boğulub. Meyit ətrafdakıların köməyi ilə sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Rayon Prokurorluğu əməkdaşları hadisə yerində olub.
Faktla bağlı araşdırma aparılır.
Lənkəran rayonunda boğulma hadisəsi baş verib.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə Gərmətük qəsəbəsi ərazisindəki süni göldə baş verib.
Hadisə yerinə FHN xilasediciləri cəlb olunub.