Bu ərazilərdə su olmayacaq

17 Sentyabr 2020 16:55 (UTC+04:00)

Magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 18 sentyabr 2020-ci il tarixində gün ərzində Sabunçu rayonunun Ramana Südçülük, Ramana 2-ci sahə, Maştağa Subtropik və Maştağa Meyvəçilik yaşayış massivlərinə, həmçinin Şuşa şəhərçiyi və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyət olacaq. 
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.