Azərbaycanda 119 nəfər koronavirusa yoluxdu

17 Sentyabr 2020 17:11 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 119 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mövqe.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.