Kürdəmirdə qadını elektrik cərəyanı vuraraq öldürüb

17 Sentyabr 2020 19:39 (UTC+04:00)

Kürdəmir rayonunda 47 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Rəsulova Şəfa Baləli qızı yaşadığı evin hamamında çimərkən onu elektirik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ş.Rəsulova iki uşaq anasıdır.