Kür çayında 1 nəfər batıb.
Mövqe.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən bazar ertəsi bildiriblər ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kür çayının Tovuz rayonu, Xatınlı kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.
FHN Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunublar və axtarışlara başlayıblar.