Siyavuş Novruzov Milli Məclisdə hesabat verdi

18 Sentyabr 2020 16:32 (UTC+04:00)

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasının ilk iclası keçirilib.

Mövqe.az-ın xəbərinə görə, komitə sədri Siyavuş Novruzovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyinə 2 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Regional məsələlər  komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat.

2. Regional məsələlər komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi barədə.

Müzakirələrdən sonra gündəlikdə məsələlər parlamentin plenar iclasına tövsiyə olunub.