Bu il 21 meşə mühafizəsi işçisi işdən çıxarılıb

18 Sentyabr 2020 17:01 (UTC+04:00)
Bu il 21 meşə gözətçisi və digər meşə mühafizəsi işçiləri - direktor, meşəbəyi, meşəbəyi köməkçisi vəzifə funksiyalarını yerinə yetirə bilmədiyi üçün işdən kənarlaşdırılıb.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, 221 iş hüquq-mühafizə orqanlarına göndərilib.
N.Xıdırov əlavə edib ki, meşə fondu ərazilərinin özəlləşdirilməsinə yol verilmir. Bu ərazilər dövlətin mülkiyyəti hesab edilir.