Cəlilabadda yaşayış evi yanıb

18 Sentyabr 2020 19:21 (UTC+04:00)

Cəlilabad rayonunun Suluçeşmə kəndində Gülnişan Əliyevaya məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın nəticəsində evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və əşyaları yanıb.

Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.