ABŞ-da "TikTok" yükləmək qadağan edilir

18 Sentyabr 2020 20:45 (UTC+04:00)

ABŞ hökuməti ölkə ərazisində Çinin “TikTok” və “WeChat” mobil tətbiqlərinin yüklənməsini qadağan edir.

Trend-in məlumatına görə, qərar sentyabrın 20-dən qüvvəyə minəcək.

Qeyd olunur ki, “Apple”, “Google” və digər şirkətlərə ABŞ-da Çin mobil proqramlarını platformalardan silmək tapşırılıb.

Bununla belə, hazırda bu proqramları işlədən istifadəçilərə onları silmək tapşırılmayacaq, amma proqramların yeni versiyalarını yükələmək mümkün olmayacaq.