Bakıda Cəzaçəkmə Müəssisəsi yaxınlığında yanğın olub

19 Sentyabr 2020 12:40 (UTC+04:00)
Bakıda yanğın hadisəsi olub.
Mövqe.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Z.Bünyadov küçəsi yaxınlığındakı boş ərazidə qeydə alınıb.
Belə ki, 10 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığındakı ərazidə olan təkər tullantıları, taxta qırıntıları və quru otlar yanıb. 
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.