Bu gün Türkiyənin
Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi
tərəfindən "Qafqaz Point Otel"də "İstanbul Shopping Festival" ilə
(İSF) bağlı mətbuat konfransı keçirildi. Movqe.Az xəbər portalının
məlumatına görə, tədbir ilk olaraq Türkiyə ilə bağlı kiçik reklam
çarxı da nümayiş etdirildi və söz Türkiyə səfirliyinin mədəniyyət
müşaviri Seyid Ahmed Arslana verildi. S.A.Arslan bildirdi ki, "İstanbul Shopping Festival"da
2011-ci ildə 10 milyondan çox turist iştirak edib və bu il bu
rəqəmin artmasına ümid edirlər. Mədəniyyət müşavirinin sözlərinə
görə, 2011-ci ildə festivalda Azərbaycandan 578 min turist
gedib.
Daha sonra "İstanbul Shopping Festival"ın baş müdiri Füsun Sönmez çıxış etdi. F.Sönməz qeyd etdi ki, ikinci dəfə keçirilən bu festival 2012-ci ildə daha möhtəşəm olacaq və bu, turizm layihəsi olaraq gerçəkləşib. O, daha çox turisti İstanbula gətirmək məqsədiylə bu layihəni keçirdiklərini söylədi. Festival müddətində ciddi endirimlər olacaq. Bunu da F.Sönməz dedi.
Tədbirdə iştirak edən xalq artisti, müğənni Aygün Kazımova isə bidirdi ki, festivalda mütləq iştirak edəcək. A.Kazımova, İstanbulun ən gözəl məkanlarında bir ay ərzində bayram əhval-ruhiyyəsi yaşanacağını və şəxsən bu gözəlliklərə şahidlik edəcəyini söylədi.
Qeyd edək ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənclər katibi Rəşad Məcid və başqa ictimai xadimlər iştirak edirdilər.
Məlumat üçün bildirək ki, sayca ikinci ticarət, mədəniyyət və əyləncə festivalı olan "İstanbul Shopping Fest" (İSF) 9-29 iyun tarixində keçiriləcək.
Faud Mədətov
Movqe.Az