Türkiyədə koronavirusdan sağalanların sayı 266 min nəfəri ötüb

19 Sentyabr 2020 21:00 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində daha 68 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Mövqe.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 445 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 538 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 301 348 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 312 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 266 117 nəfər təşkil edir.