Bulvarda intihara cəhd: özünü dənizə atdı

20 Sentyabr 2020 14:42 (UTC+04:00)

Bakıda Dənizkənarı Milli Parkda 1 nəfər özünü dənizə atıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.