Sabah səfərdə qələbə qazandı

20 Sentyabr 2020 23:24 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Goal.az xəbər verir ki, Zirə doğma meydanda Sabah-ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sabah-ın heyətində Xulio Sezar Rodrigez 51-ci dəqiqədə fərqlənib. 90+2-ci dəqiqədə isə Kevin Kubemba fərqi artırıb.

Bu nəticədən sonra Sabah 6-cı xalını qazanıb, cari mövsüm ilk dəfə məğlub olan Zirə-nin isə 4 xalı var.