Şəhid olan çavuş tovuzludur, 2 övladı var

21 Sentyabr 2020 12:07 (UTC+04:00)

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov Tovuz rayon Qazıqulu kənd sakinidir.

Mövqe.az-ın məlumatına görə, o, ailəlidir və 2 azyaşlı övladı var.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Allah rəhmət eləsin!