“Abşeron” qaz yatağının Azərbaycanın gələcək həyatında rolu

21 Sentyabr 2020 18:00 (UTC+04:00)

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müasir Azərbaycanın gələcək inkişafını təmin edən neft-qaz strategiyası ölkə siyasətində mühüm yer tutur.Azərbaycanın qaz sənayesi 170 illik tarixə malikdir və bu tarix neft tarixi ilə də sıx bağlıdır.1969-cu ildən başlayaraq Heydər Əliyevin başçılığı ilə bütün sahələrdə olduğu kimi neft və qaz sənayesinin inkişafında yeni mərhələ başladı. 
Azərbaycanda qaz quruda və dənizdə hasil edilir. Uzun illər respublikamızda qaz quru sahələrdə hasil edilmişdirsə, hazırda bu nisbət kəskin olaraq dəniz yataqlarının xeyrinə dəyişmişdir.Yeni qaz yataqlarının kəşf edilməsi bu prosesi sürətləndirmişdir.”Əsrin Müqaviləsi”çərçivəsində dənizdə hasil edilən qaz ölkənin daxili tələbatının ödənilməsində və xarici ölkərə satılmasında mühüm rol oynayır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban xüsusilə vurğulamışdır:”Növbəti onillik və sonrakı dövrlər Azərbaycanın qaz sanayesi üzərindədir və bu mif deyil.Gələcək illərdə qazın gətirdiyi gəlir nefti üstələyəcək.”Məhz bu cəhətdən cari ilin 19 sentyabr tarixində baş tutan “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərəsami tarixi və siyasi baxımdan çox mühüm və əlamətdar hadisədir.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir.Yatağdan hasil ediləcək qaz Azərbaycanın təbii qaza artmaqda olan tələbatının ödənilməsində əhəmiyyətli dərəcədə azalma yaradacaq.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev açılış mərasimi zamanı yatağın ölkə həyatındakı əhəmiyyətini vurğulamışdır:”Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid edir.Beləliklə,Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə,önəmli addıma imza atacaq.”Prezident onu da qeyd etdi ki,yataqdan çıxarılan ilkin hasilat artan əhali və artan sənayeninin tələbatlarının ödənilməsində istifadə ediləcək,ikinci hasilat isə dünya bazarına çıxarılacaq.
Bütün bunlar bir daha sübut edir ki,bütün sahələrdə olduğu kimi neft və qaz sənayesinin inkişafında da dövlətin diqqət və dəstəyi hər zaman göstərilib və göstəriləcək.
Azərbaycan Dillər Universiteti tələbəsi,Nəsimi rayon gənci
Dünya Şəmilova Mərdan