“Qara qızıl” insan kapitalına çevrilir

21 Sentyabr 2020 19:24 (UTC+04:00)

Azərbaycan artıq neft ölkəsi olmaqla birgə dünya bazarına qaz da ixrac edərək neft-qaz ölkəsinə çevrilir. Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. 
       “Abşeron” yatağının istifadəyə verilməsi Prezident İlham Əliyevin iradəsi ilə baş tutub. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kub metr qaz ehtiyatları vardır. Təqribən 7 milyard ABŞ dolları dəyərində olan “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaqdır. 
         Əsrin müqaviləsinin imzalandığı gündən bu yana artıq 26 il keçib və ötüb keçən  26 ildə bir çox müqavilələr imzanlanmasına baxmayaraq, hələ də Azərbaycan neftinə dünya bazarında maraq azalmır, neft potensialımıza maraq günü-gündən artır.
       “Abşeron” yatağının kəşfi Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru professor, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident Xoşbəxt Yusifzadə tərəfindən edilib. Bu gün Azərbaycan nefti, təbii resursları tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan region ölkələri arasında inkişafı ilə öz sözünü deyir, o cümlədən neft-qaz ölkəsi kimi dünya ölkələri arasında qabaqcıl yer tutur.
         SSRİ dövründə sərvətlərimiz həddindən artıq istismar edilib. Bugünkü Azərbaycanda cənab Prezidentin tələbi ilə “qara qızıl” insan kapitalına çevrilir, vətəndaşlara xidmət edir. Bu gün Azərbaycan nefti vətəndaşların rifah halının daha da yüksəlməsinə, ölkədə insan kapitalının inkişaf indeksinə intensiv təsir göstərməsinə, sosial, sosial-iqtisadi, mədəni inkişaf aspektlərinin göstəricilərinin artmasına vasitədir.  

Rəsmiyyə Fərzəliyeva 
Nəsimi rayon təhsil işçisi