Nazirlik “Dərs vaxtı”nı açıqlayıb, şagirdlərə çağırış etdi

21 Sentyabr 2020 20:49 (UTC+04:00)

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 22-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Mövqe.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki şagirdlər üçün teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi Yutub kanalı ilə yanaşı, Feysbuk səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının Feysbuk səhifəsindən izləyə bilərlər.