Astarada elektrik təsərrüfatı qəzalı vəziyyətdədir

22 Sentyabr 2020 17:48 (UTC+04:00)

Astarada elektrik təssərrüfatı qəzalı vəziyyətdədir.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, rayonun Şiyəkəran kəndi ərazisində yüksək gərginlikli elektrik naqilləri qırılaraq yolun kənarına və ya mal-qaranın örüş sahələrində yola düşür. Kənd sakinləri yüksək gərginlikli elektrik naqillərinin tez-tez qırılaraq yerə düşməsinin insan ölümü ilə nəticələnməsindən ehtiyyat edərək adiyyəti qurumlara dəfələrlə müraciət ediblər. 

Kənd sakini Şaiq Təyyar oğlu Heydərova məxsus fermer təsərrüfatında olan mal-qara naxırını örüşə apararkən yüksək gərginlikli naqil qırılaraq yola düşüb. Nəticədə naxırda olan üş baş iribuynuzlu mal-qara tələf olub Xoşbəxtlikdən naxırı  örüşə aparan Ş.Heydərov özü təhlükədən yayına bilib.

Kənd əraizsindəki elektrik təsərrüfatının  qəzalı vəziyyətinin təhlükə mənbəyi  olması barədə sakinlər dəfələrlə şəbəkə rəhbərliyinə xəbərdarlıq etsələr də heç bir tədbir görülməyib. İstismar müddətini çoxdan başa vurmuş elektrik naqillərinin yerlə məsafəsi çox azdır. Bir çox yerlərdə naqillər ağacların arasından keçir. Külək əsən kimi belə təhlükəli vəziyyət yaranır.

Ş.Heydərovun sözlərinə görə ona ümumilikdə 5-6 min manat dəyərində ziyan dəyib. O, sidiyyati qurumların səhlənkarlığı üzündən ona dəyən ziyanla bağlı Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verib. 

"Report"un əldə etdiyi məlumata görə, zərərçəkən Astara Elektrik Şəbəkəsinə dəvət olunaraq ona dəyən ziyanın ödəniləcəyi bildirilib.