Sumqayıtın Yaşıldərə massivində su kəsiləcək

23 Sentyabr 2020 10:01 (UTC+04:00)
Bu gün Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Mövqe.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Məlumata görə, məhdudiyyətlər magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır. 
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.