Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstana ilk rəsmi səfəri başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, hazırda nazir Gürcüstanın Xarici İşlər Nazirliyində gürcüstanlı həmkarı David Zalkaliani ilə görüş keçirir.
Görüşdən sonra XİN başçıları birgə brifinq keçirəcəklər.
C.Bayramov Gürcüstana birgünlük səfəri çərçivəsində həmçinin bu ölkənin prezidenti Salome Zurabişvili, baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, spikerin müavini Kaxaber Kuçava və parlamentin nümayəndə heyəti ilə də görüşəcək.
Nazir Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstü və Qəhrəmanlar meydanındakı memorial abidəni də ziyarət edəcək.