Sabah-ın yeni transferi məşqlərə qoşuldu

24 Sentyabr 2020 14:45 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə Səbail-lə qarşılaşacaq Sabah bu oyuna hazırlıqları davam etdirir.

Goal.az xəbər verir ki, komanda Bank Respublika Arena-nın ehtiyat meydançasında növbəti məşqinə çıxıb. Yeni transfer Alvaro Villete də məşqdə iştirak edib.

Səbail – Sabah oyunu sentyabrın 26-da saat 18:00-da ASKO Arena-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ilk 3 turundan sonra hesabında 6 xal olan Sabah turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.