Chelsea-də yeni qapıçı

24 Sentyabr 2020 15:10 (UTC+04:00)

Chelsea yeni transferini açıqlayıb.

Goal.az xəbər verir ki, "zadəganlar" Fransa Rennes-inin qapıçısı Eduard Mendini heyətinə qatıb. 28 yaşlı seneqallı qolkiperlə 5 illik müqavilə imzalanıb.

Chelsea-nin bu transfer üçün Rennes-ə 25 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Seneqal millisinin də formasını geyinən Eduard Mendi 2019-cu ildən Rennes-də çıxış edib.