DİM pandemiya dövründə həyata keçirilən tədbir və fəaliyyətləri açıqlayıb

24 Sentyabr 2020 19:26 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) pandemiya dövründə həyata keçirilən tədbirlər və fəaliyyətlər barədə hesabat verib.

Mövqe.az DİM-in hesabatını təqdim edir:

Pandemiya şəraitində keçirilən imtahanlarda iştirak edənlərin sayı haqqında məlumat (10 iyun – 20 sentyabr)

Ölkənin bütün rayon və şəhərlərini əhatə etməklə 14 imtahan günündə (10 iyun – 20 sentyabr) 9 və 11-ci siniflər üzrə buraxılış, Azərbaycan dili, əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilib, eləcə müxtəlif növ digər imtahanlar.

Avqust ayında isə 4 imtahan günündə 35 şəhər və rayonda I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi keçirilib.

Ümumilikdə 19 növ müxtəlif təyinatlı imtahanlar keçirilib:

9-cu sinif buraxılış

11-ci sinif buraxılış

9-cu sinif Azərbaycan dili

11-ci sinif Azərbaycan dili

9-cu sinif əlavə xarici dil

11-ci sinif əlavə xarici dil

9-cu sinif bölmə dəyişən

11-ci sinif bölmə dəyişən

9-cu sinif əvvəlki illərin məzunları üçün qəbul

11-ci sinif əvvəlki illərin məzunları üçün qəbul

Qəbul imtahanlarının ikinci mərhələsi (cari və əvvəlki illərin məzunları üçün)

Dövlət qulluğuna qəbul A növü

Dövlət qulluğuna qəbul B növü

Rezidenturaya qəbul (1 və 2-ci mərhələ)

Jurnalistikaya qəbul

Qabiliyyət imtahanları (ali məktəb, 11 və 9-illik kolleclər)

Sabah qrupları

DSX məktəbinə qəbul

Yüksəliş müsabiqəsində test imtahanının oflayn mərhələsi

Bu imtahanlarda 307 000 nəfər iştirak edib.

Bundan başqa, dövlət qulluğuna qəbulun müsahibə mərhələsinin, o cümlədən, qiymətləndirmənin onlayn şəkildə keçirilməsi məqsədilə DİM mütəxəssisləri tərəfindən xüsusi proqram təminatı işlənib hazırlanmış və iyul ayından etibarən proqramın tətbiqinə başlanmışdır. Proqram vasitəsilə bu günədək onlayn qaydada 882 müsahibə keçirilmişdir.

Vətəndaş qəbulu və müraciətlər

Abituriyentlərə dəstək

Psixoloji dəstək və virusla bağlı maarifləndirmə işləri

2020-ci il ali təhsil müəssisələrinə tələbə qəbulu haqqında məlumat

Ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 42731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Xatırladaq ki, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub.

Həmçinin 160 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 30 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Bundan əlavə, I ixtisas qrupu 146 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 121 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 110 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ümumilikdə 45 mülki ali təhsil müəssisəsinə və 7 xüsusi təyinatlı (Polis Akademiyası, DTX Akademiyası, Sərhəd Xidmətinin Akademiyası, Ali Hərbi Məktəb, Daxili Qoşunların Ali Hərbi Məktəbi, FHN Akademiyası, Tibb Universitetinin Hərbi həkim işi) ali təhsil müəssisəsinə qəbul aparılıb. Qeyd olunmalıdır ki, vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılması indiki dövrdə ölkəmiz üçün ən vacib məsələlərdəndir. Bunun nəticəsidir ki, cari ildə xüsusi təyinatlı ali təhsil müəssisələrinə müraciət edənlərin sayı və yüksək balla qəbul olunanların sayı artmışdır.

Beləliklə, bu il həm müsabiqə nəticəsində, həm müsabiqədənkənar, həm ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin ali təhsil müəssisələrinə qəbul olanların sayı 43412 nəfər təşkil etmişdir. (Xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olanların sayı açıqlanmadığı üçün bu rəqəm ümumi saya əlavə olunmayıb).

2020 və 2019-cu illərdə qruplar üzrə imtahan iştirakçıları sırasından müsabiqə şərtini ödəyən abituriyentlər (150-700 bal toplayanlar) haqqında məlumat

I QRUP

İl

İmtahan iştirakçılarının sayı

Müsabiqəyə buraxılanlar, %

Müsabiqəyə buraxılanlar, nəfər

2020

28242

54.4

15373

2019

27927

57.1

15943

 

II QRUP

İl

İmtahan iştirakçılarının sayı

Müsabiqəyə buraxılanlar, %

Müsabiqəyə buraxılanlar, nəfər

2020

13023

58.9

7682

2019

15992

64.8

10364

 

III QRUP

İl

İmtahan iştirakçılarının sayı

Müsabiqəyə buraxılanlar, %

Müsabiqəyə buraxılanlar, nəfər

2020

21410

83.9

17964

2019

21554

81.3

17530

 

IV QRUP

İl

İmtahan iştirakçılarının sayı

Müsabiqəyə buraxılanlar, %

Müsabiqəyə buraxılanlar, nəfər

2020

4787

78.5

3757

2019

5071

82.2

4169

 

Bundan başqa, nəzərə alınmalıdır ki, ayrılan plan yerlərinin müsabiqəsində abituriyentlərlə yanaşı subbakalavrlar da iştirak edir. Beləliklə, hər ixtisas qrupu üzrə müsabiqəyə buraxılanların ümumi sayı aşağıdakı cədvəldə təqdim olunub:

2020-ci ildə müsabiqə aparılan plan yerləri və müsabiqəyə buraxılanların sayı

Qrup

Plan

Müsabiqədə (ixtisas seçimində) iştirak edəcək

Abituriyent sayı

Subbakalavr sayı

I

14924

15373

5179

II

13800

7682

5240

III

12286

17964

2853

IV

4100

3757

1609

 

Qəbul planı 2020-ci ildə 2019-cu illə müqayisədə 1.77 % artmışdır:

Qrup

Fərq

Qəbul planı 2019/ Qəbul planı 2020

Azərb.

Rus

Birgə

Cəmi

I

-567

-387

+655

-299

II

-78

-83

-220

-381

III

+243

+97

+675

+1015

IV

+300

-5

+95

+390

V

+10

+1

+122

+133

CƏMİ

-92

-377

+1327

+858

 

Qrup

Dövlət sifarişi

2019

2020

Fərq

 

sayı

%-lə

 

I

9351

9290

-61

-0.65

 

II

3147

4115

+968

+30.76

 

III

3782

4256

+474

+12.53

 

IV

2398

2625

+227

+9.47

 

V

1511

1513

+2

+0.13

 

CƏMİ

20189

21799

+1610

+7.97

 
 

2020-ci il ixtisas qrupları üzrə qəbulun statistikası:

İxtisas qrupu

Qəbul olunanlar ( o cümlədən subbakalavrlar)

Ödənişli

Dövlət sifarişi əsasında

Cəmi

I

4279 (1816)

8811 (179)

13090 (1995)

II

6650 (2906)

3991 (416)

10641 (3322)

III

7726 (42)

4219 (0)

11945 (42)

IV

1155 (189)

2351 (183)

3506 (372)

V

2122 (53)

1427 (1)

3549 (54)

Cəmi

21932 (5006)

20799 (779)

42731 (5785)

 

2019 və 2020-ci il ixtisas qrupları üzrə qəbulun müqayisəli statistikası

İxtisas qrupu

Qəbul olunanlar ( o cümlədən subbakalavrlar)

2020-ci il

2019-cu il

I

13090 (1995)

12764 (1260)

II

10641 (3322)

11639 (2033)

III

11945 (42)

11129 (34)

IV

3506 (372)

3356 (135)

V

3549 (54)

3174 (80)

Cəmi

42731 (5785)

42062 (3542)

 

Vakant yerlər

İxtisas

Qəbul planı

Qəbul edilibdir (o cümlədən, d.s. əsasında)

Qəbulolma faizi

Vakant yerlərin

qrupu

 

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

 

sayı (faizi)

I

14852

12047 (8097)

1043 (714)

13090 (8811)

88.14

1762 (11.86)

II

13689

9833 (3723)

808 (268)

10641 (3991)

77.73

3048 (22.27)

III

12241

11075 (4033)

870 (186)

11945 (4219)

97.58

296 (2.42)

IV

4098

3267 (2264)

276 (124)

3543 (2388)

86.46

555 (13.54)

V

3639

3110 (1248)

439 (179)

3549 (1427)

97.53

90 (2.47)

Qruplar üzrə cəmi

48519

39332 (19365)

3436 (1471)

42768 (20836)

88.15

5751 (11.85)

 

Beynəlxalq İmtahanlar

2020-ci il üçün Dövlət İmtahan Mərkəzində ümumilikdə 9 fərqli beynəlxalq imtahanlarının keçirilməsi nəzərdə tutulmuşdur.

Dövlət İmtahan Mərkəzinin pandemiya müddətində davam etdirdiyi imtahanlar:

SAT (kağız üzərindən) TOEFL iBT (kompyüter əsaslı) GRE (kompyüter əsaslı) Pearson imtahanları (kompyüter əsaslı)

Dövlət İmtahan Mərkəzinin pandemiya müddətində ilk dəfə keçirilməsinə dair müqavilə bağladığı imtahanlar:

LanguageCert* imtahanları (onlayn qaydada) ACCA - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası imtahanı (kompyüter əsaslı) Cambridge English Assessment imtahanı (kompyüter əsaslı) ICDL - Beynəlxalq Kompüter Səviyyəsi Ölçmə Sertifikatı imtahanı (onlayn qaydada) TRKİ – Rus dili xarici dil kimi imtahanı (onlayn qaydada)

* DİM Language Cert imtahanını Qafqazda keçirən ilk Test Mərkəzi sayılır.

Peşəkar inkişaf yönümlü onlayn beynəlxalq layihələr

Dövlət İmtahan Mərkəzi həm təhsilin qiymətləndirilməsi, həm də dövlət qulluğu sahəsində aşağıdakı onlayn tədbirləri həyata keçirir:

1. DİM ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə “Xarici dil (ingilis dili) fənn kurikulumu, dərsliklər və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsinə dəstək” layihəsini həyata keçirir; 30-a yaxın ingilis dili mütəxəssisi Amerikalı təlimçi tərəfindən keçirilən onlayn təlimlərə qoşulub və bu layihə həftə içi hər gün avqust ayının sonundan başlayıb, oktyabr ayının əvvəlinə kimi davam edəcək.

2. DİM Britaniya Şurası (British Council) ilə əməkdaşlıq çərçivəsində “Qiymətləndirmə ekspertlərinin onlayn təlimi” pilot layihəsini yekunlaşdırdı və yeni layihəni planlaşdırır; pilot layihədə regiondan da olan iştirakçılar daxil olmaqla 9 ingilis dili üzrə ekspert beynəlxalq sertifikat ilə təltif olundu.

3. OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının) və Avropa İttifaqının SİGMA proqramı çərçivəsində “Dövlət qulluğunda vəzifələrin təhlili və səriştələrin müəyyən olunması”na dair onlayn təlim keçirmişdir. Bu təlim dövlət qulluğunda səriştə modelinə keçidi dəstəkləyən metodologiyanı əhatə edir.