Prokurorluq Yusif İldırımzadənin qaynının öldürülməsi xəbərini təkzib etdi

24 Sentyabr 2020 22:35 (UTC+04:00)

"Bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb".

Bu barədə Mövqe.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. 

"Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur" məlumatda bildirilib.