"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb

25 Sentyabr 2020 09:26 (UTC+04:00)
Almaniyanın "Bavariya" komandasının futbolçuları İspaniyanın "Sevilya" klubunu UEFA Superkuboku uğrunda matçda 2-1 məğlub ediblər. Goal.az-ın məlumatına görə, görüş Budapeştdə "Puşkaş-Arena"da keçirilib. Əsas vaxt 1:1 hesabı ilə başa çatdı - qolları qaliblərin heyətində Leon Goretska (34-cü dəqiqə), qarşı tərəfdən isə Lukas Ocampos fərqlənib (13-cü dəqiqə). 104-cü dəqiqədə qələbə qolunu əlavə vaxtda Xavi Martinez vurub.