Yeni dərs ili başlanan gündən Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və əməkdaşları rayonun 44 məktəbində olmuşlar. Əməkdaşlar təhsil müəssisəsində olarkən mövcud vəziyyətlə tanış olmuş, ara məsafəsi saxlamış, pandemiya şəraitində dərslərin keçirilmə formasını müşahidə etmiş və müvafiq tapşırıqlarını vermişlər. Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov bidirmişdir ki, məktəb rəhbərlərinə tədris və təlim-tərbiyə prosesinin xüsusi karantin rejinin tələblərinə uyğun təşkili, təhsilalanların mütəmadi olaraq "Dərs vaxtı" teledərslərinə və "Virtual məktəb" layihələrinə qoşulmalarına nəzarət etmək, aidiyyati dövlət qurumları ilə birlikdə təhsil müəssisələrində dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirləri mütəmadi həyata keçirilməsi tapşırılmışdır.
ƏLİHÜSEYN ŞÜKÜROV