Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib

25 Sentyabr 2020 18:22 (UTC+04:00)
Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydalarında dəyişiklik edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sözügedən qaydalara aşağıdakı dəyişikliklər edilib. Bəndlərə ismin müvafiq hallarında "pilləsi" sözündən sonra ismin müvafiq hallarında "və ya yüksək texniki peşə təhsili səviyyəsi" sözləri əlavə edilib. Bəndin ikinci cümləsinə "orta ixtisas" sözlərindən sonra"və ya peşə" sözləri əlavə edilib.