ATU-ya yeni prorektor təyin edilib

25 Sentyabr 2020 19:25 (UTC+04:00)
Azərbaycan Tibb Universitetində (ATU) rəhbər vəzifəyə təyinat olub. Dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Prorektor Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb. Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini professor Rafiq Məmmədhəsənov icra edirdi.