İstanbulda meşə yanğını baş verib

27 Sentyabr 2020 10:00 (UTC+04:00)

İstanbulda meşə sahəsində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə Beykoz rayonunda baş verib. Yanğın briqadaları və Regional Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər.

Bölgəyə yanğın söndürmə helikopteri da göndərilib. Daha sonra yanğın söndürülüb.