Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub

27 Sentyabr 2020 18:45 (UTC+04:00)
“Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub".
Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Milli Məclisin qəbul etdiyi fərman Prezident İlham Əliyev tərəfindən təsdiq edilib.