Prezidentin köməkçisi: "Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib"

28 Sentyabr 2020 11:35 (UTC+04:00)

"Dünən Ermənistanın təxribatından sonra dərhal Azərbaycan Ordusu əks həmlə əməliyyatı həyata keçirib".

Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda qoşunların təmas xətti boyunca hərbi əməliyyatlar davam etməkədir: "Onlar hər zaman mülki əhalini hədəfə alırlar. Bu gün Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib".