Azərbaycan XİN ölkədəki diplomatik korpusa müraciət edib

28 Sentyabr 2020 12:07 (UTC+04:00)
Dünən Xarici İşlər Nazirliyində diplomatik nümayəndələrlə görüş keçirilib.
Mövqe.az-ın məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, görüşdə hadisə barədə diplomatik korpusun nümayəndələrinə məlumat verilib: "Eyni zamanda Azərbaycanın başqa ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinə göstəriş verilib ki, erməni təxribatları barədə məlumatlar verilsin. Biz Azərbaycanda akkreditasiya olunan səfirlik nümayəndələrindən xahiş edirik ki, bu hadisələr obyektiv qiymətləndirilsin".