39 şagirddə koronavirus aşkarlandı

28 Sentyabr 2020 16:00 (UTC+04:00)

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Mövqe.az-a bildirilib ki, sentyabrın 26-27-də 1 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 39 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 12 olub.