Güləşçilərimiz Ordumuz üçün qan verəcək

28 Sentyabr 2020 16:34 (UTC+04:00)

Azərbaycan Güləş Federasiyası Orduya dəstək məqsədi ilə qanvermə aksiyası keçirəcək. 

Qurumdan Mövqe.az-a bildirilib ki, federasiya rəsmiləri, məşqçilər və güləşçilər yaralı əsgər və zabitlər üçün qan verəcək. 

Qanvermə aksiyası sabah saat 15:15-də Mərkəzi Hərbi Hospitalda başlayacaq.