Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən qurumlar - SİYAHI

28 Sentyabr 2020 17:55 (UTC+04:00)
“Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilib.
Mövqe.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərarına əsasən, xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) siyahısı aşağıdakılardır:
1. Prezidentin Administrasiyası
2. Prezidentin İşlər İdarəsi
3. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti
4. Nazirlər Kabinetinin Aparatı
5. Nazirlər Kabinetinin İşlərb İdarəsi
6. Müdafiə Nazirliyi
7. Daxili İşlər Nazirliyi
8. Baş Prokurorluq
9. Ədliyyə Nazirliyi
10. Məhkəmə orqanlarının əməkdaşları, vəkillər
11. Fövqəladə Hallar Nazirliyi
12. Səhiyyə Nazirliyi
13. Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatic nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında)
14. Dövlət Gömrük Komitəsi
15. Prezidentin Təhlükəsizlik Xidməti
16. Dövlət Təhlükəsizliyi Xidməti
17. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
18. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
19. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
20. Dövlət Sərhəd Xidməti
21. Dövlət Miqrasiya Xidməti
22. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
23. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri
24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik.