İngiltərə Premyer Liqası: "Liverpul" "Arsenal" üzərində qəbələ qazandı

29 Sentyabr 2020 09:23 (UTC+04:00)
Futbol üzrə İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində "Liverpul" London təmsilçisi "Arsenal"ı qəbul edib. Goal.az-ın məlumatına görə, "Liverpul" rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb. Meydan sahibinin heyətində qolları Sadio Mane (28), Endryu Robertson (34) və Dioqu Jota (88), qonaqların heyətində isə yeganə qolu Aleksandr Lyakazett (25) vurub. Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk 3 turunda qələbə qazanıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.