Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir

29 Sentyabr 2020 08:58 (UTC+04:00)

Sentyabrın 29-u səhər saatlarından etibarən Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir.

Müdafiə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.

Hazırda döyüşlər davam edir.