Bakıda pulsuz avtobus marşrutları açıldı

15 May 2012 16:32 (UTC+04:00)
Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar şəhərdə pulsuz avtobus marşrutları fəaliyyətə başlayıb. Lent.az-ın məlumatına görə, bu avtobusların üzəri yarışmanın simvolları ilə rənglənib və şəhərin müxtəlif yerlərindən "Bakı Kristal Zalı"na doğru hərəkət edir. Xarici qonaqların rahatlığını təmin etmək məqsədi ilə avtobusların keçdikləri ərazilərdə xüsusi lövhələr də quraşdırılıb. Burada marşrut avtobuslarının nömrələri (E5, E3, E6, E7 və s.) istiqamətlər qeyd olunub.
Bundan başqa, Bakıya "Eurovision"la əlaqədar iri, üstüaçıq avtobuslar da gətirilib. Avtobuslar yarışma günlərində musiqiçilərin və onları əhatə edən kollektivlərin ixtiyarında olacaq.