Azərbaycan nefti bahalaşıb

29 Sentyabr 2020 14:50 (UTC+04:00)

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 28-də 42,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel çoxdur.

Bu barədə Mövqe.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,53 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel çoxdur.