Tağıyevin nəticəsindən Azərbaycana dəstək

29 Sentyabr 2020 16:00 (UTC+04:00)

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı, Fransada yaşayan Alban Klod Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktına etirazını bildirib.

Mövqe.az Report-a istinadən xəbər ki, o sentyabrın 27-dən başlayaraq, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində güclü döyüşlər getdiyini bildirib.

"Vəziyyətin ciddiliyini və mənim Azərbaycanla bağımı nəzərə alaraq yazdığım bu mətni və illüstrasiyalaşdırdığım xəritəni fransız dostlarımla paylaşmağa haqqım çatır.

Mən müharibənin əleyhinəyəm, lakin çoxtərəfli diplomatiya son otuz ildə bu saxta, dondurulmuş münaqişənin həllinə dair başqa bir alternativ təklif edə bilməyib.

Bu yazım, xüsusi ilə şərhçilər tərəfindən gözardı edilən Qarabağ məsələsinə Azərbaycanın mövqeyini və bu münaqişədə Fransanın rolunu anlamağa imkan verəcək", - o bildirib.