MN: Bu gün düşmənin daha səkkiz döyüş texnikası məhv edildi

30 Sentyabr 2020 17:25 (UTC+04:00)

Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd “Uraqan” yaylım atəşli reaktiv sistemi, 1 ədəd “OSA” zenit-raket kompleksi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını və 2 ədəd D-20 haubitsa-topu məhv edilib.

Bu barədə Mövqe.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.