27.09.2020 tarixində Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif çaplı artilleriya qurğuları ilə intensiv atəşə tutmuşdur. Nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumun qarşısının alınması məqsədi ilə mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar da var. Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Həmçinin Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğalda olan yaşayış məntəqələri azad olunub.
Mənfur ermənilərin növbəti dəfə ölkəmizə genişmiqyaslı təxribatından sonra Azərbaycana qardaş ölkə olan Türkiyə dövləti və türk xalqı həmişə olduğu kimi bölgədə gedən bütün prosseslərdə birmənalı şəkildə Azərbaycan xalqına öz mənəvi dəstəyini göstərmişdir. Bundan başqa rəsmi şəkildə Pakistan, Ukranya və İsrail də dəstəklərini bildirmişlər. Bizim uğurlarımızı həzm edə bilməyən mənfur ermənilər və onların havadarları isə dezinformasiyalar yayaraq Türkiyənin F-16 qırıcı təyyarəsinin Ermənistanın su-25 təyyarəsini vurması haqqında xəbər yaymışdır, lakin informasiya öz təsdiqini tapmamışdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Azərbaycan bütün məsuliyyəti ilə bəyan edir ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.
Ermənilərin növbəti bir şayiəsi isə Suryadan Azərbaycana muzudlu döyüşçülərin gətirilməsi ilə bağlıdır. Lakin bu əsassız faktdır. Bu gün Azərbaycan güclü dövlətdir və bütün sahələrdə inkişaf etmişdir. Azərbaycan ordusu dünyanın ən qüdrətli orduları sırasında yer alır və düşmənin istənilən həmləsinin qarşısını almaq, ona öldürücü zərbə endirmək gücündədir. Hal-hazırda bütün cəbhə boyu ərazilərdə aparılan döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin bir sıra əraziləri işğaldan azad etməsi və döyüşlərdəki üstünlüyü tam ələ alması bir daha onu göstərir ki, Azərbaycan Ordusu düşməni öz torpaqları uğrunda darmadağın etmək iqtidarındadır.
Bu gün Azərbaycan torpaqlarını müdafiə etmək gücünə qadirdir. Heç bir ölkə onun mənəvi dəstəyinə müdaxlə edə bilməz. Biz inanırıq ki, Cənab Prezidentimizin uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımız mənfur düşmənlərdən azad olacaq.
Nəsimi RİH könüllüsü
Fidan Nəbiyeva