Goranboyun Tapqaraqoyunlu kəndi atəşə tutulub

30 Sentyabr 2020 20:33 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi atəşə tutulub.

Mövqe.az-ın məlumatına görə, atılan top mərmilərindən bir neçəsi yaşayış evlərinə və həyətlərə düşüb.

Nəticədə bir neçə yaşayış evinə zərər dəyib, iri və xırda buynuzlu heyvanlar tələf olub.