Düşmənin Tərtərə atdığı top mərmisi nəticəsində mülki vətəndaş öldü

1 Oktyabr 2020 09:48 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. 

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib. 

Oktyabrın 1-i saat 8:30 radələrində düşmənin növbəti dəfə atdığı top mərmilərindən ikisi şəhərin mərkəzinə düşüb. Nəticədə bir nəfər mülki vətəndaş həlak olub.

Top mərmisinin düşdüyü ərazidə olan obyektlərə ziyan dəyib.