Ermənistanda 491 yeni yoluxma qeydə alınıb

1 Oktyabr 2020 12:22 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 50 850 nəfərə çatıb.

Mövqe.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 491 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 4 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 963 nəfər koronavirusdan ölüb, 5 370 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.