Ərdoğan: Minsk qrupu regionda sabitliyi təmin etmək istəyirsə, Ermənistanı Dağlıq Qarabağı boşaltmağa vadar etməlidir

1 Oktyabr 2020 16:20 (UTC+04:00)

ATƏT-in Minsk qrupu regionda sülh və sabitliyi təmin etmək istəyirsə, ilk növbədə Ermənistanı Dağlıq Qarabağı boşaltmağa vadar etməlidir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.

O vurğulayıb ki, Türkiyə bir daha Azərbaycana öz dəstəyini ifadə edir:

“Ermənistanın Azərbaycan ərazilərini işğalı barədə susan ikiüzlülər və onların Türkiyə ilə Azərbaycana qarşı yönəlmiş bəyanatları heç bir şey ifadə etmir”.

R.T.Ərdoğan bildirib ki, Ermənistan Azərbaycan ərazilərini azad etməlidir.